Bayern Münhenin əfsanəvi oyunçusu Tomas Müller illərdır meydanda ən böyük rəqibləri ilə üzləşib. 2023-cü ildə verdiyi müsahibədə, o, futbol tarixinin ən böyük oyunçusunun adını çəkməkdən çəkinməyib. Mübahisənin mərkəzində isə Lionel Messi və Kriştianu Ronaldo dayanır.
Müllerə görə, Messi, həm incəliyi, həm də məhsuldarlığı ilə üstünlük təşkil edir. Onun sözlərinə görə: “Messi insanı stadiona onun zərif oyununa baxmaq üçün cəlb edir. Lakin o, həm də məhsuldarlıqda, rekordlarda və titullarda inanılmazdır.” Ronaldo isə daha çox statistika və titullarla fərqlənir.
Müller onu da vurğulayır ki, öz komandaları Messiyə qarşı adətən üstün gəlib. Lakin Ronaldo, xüsusilə Real Madrid dövrlərində, daha çətin rəqib olub: “Klub səviyyəsində ən böyük problemimiz Ronaldo idi.”
Müllerin Messi ilə qarşılaşmalarında qazandığı nəticələr təsir edicidir. Xüsusilə, Bayern Münhenin Barselona üzərindəki 8:2 hesablı qalibiyyəti və 2014 Dünya Çempionatında Argentinanın məğlubiyyəti buna bariz nümunədir.
Müller, Messinin müdafiə olunmasının yalnız kollektiv səylə mümkün olduğunu vurğulayır:
“Messiyə qarşı müdafiə yalnız komanda şəklində mümkün dür. İlk müdafiəçini keçsə, ikinci onu dayandırmalıdır, əgər yox, üçüncü müdafiəçi devrəyə girməlidir.”
Messi ilə oyunlar zamanı Almaniyanın əsas üstünlüyü kollektiv oyun və taktiki intizam olub.
Müller, 2010-cu il Dünya Çempionatında Argentinanı 4:0 hesabı ilə darmadağın edən Almaniya komandasının vacib hissəsi idi. Bundan də çox, 2014 il Dünya Çempionatı finalında Almaniyanı 1:0 qalib gətirərək, Messi’nin ilk Dünya Çempionluğunu qazanma xəyalını alt-üst etdi.

Tomas Müller yalnız Bayern Münhenin deyil, həm də alman futbolunun əfsanəsidir. O, karyerasını bir klubda keçirmiş “bir klub insanı” kimi tanınır.
Müllerin təsir edici karyera statistikaları:
Bütün bu titullar Müller’i futbol tarixinin əvəzolunmaz bir hissəsi edir. Messi və Ronaldo arasındakı mübahisə dəvam etsə də, Müllerin meydandaki əməyi və üzləşdiyi rəqiblərin siyahısı onu futbol tarixinin çox az oyunçusunun çata biləcəyi bir zirvəyə çıxarır.
Tomas Müller, futbol tarixində ən böyük oyunçu mübahisəsinə fərqli bir perspektiv gətirir. Onun sözləri və meydandaki əməlləri azarkeşlərin uzun illər yadında qalacaq.